Bakıda mənzil bazarında ucuzlaşma var - VİDEO

19.08.2019 20:36

Bakıda mənzil bazarında ucuzlaşma başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, mənzil bazarındakı ucuzlaşma mövsümi xarakter daşıyır. Hər il iyul və avqust aylarında mənzillərin ucuzlaşması müşahidə edilir.

Sentyabrın ikinci həftəsindən sonra mənzil bazarında yenidən qiymət artım müşahidə ediləcək. Bu artımın 2 və ya 4 faiz civarında olması qaçılmazdır. Ümumiyyətlə, daha çox artım oktyabr və noyabr aylarında müşahidə edilir.

Ekspert bildirib ki, bahalaşma özünü fərdi yaşayış evlərində də göstərəcək. Amma bu artım bina evlərindəki qədər müşahidə olunmayacaq.

O əlavə edib ki, bu illə müqayisədə gələn il daşınmaz əmlak bazarında qiymətlər beynəlxalq maliyyə bazarlarındakı proseslərdən asılı olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






186 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR