Ali məktəblərə qeydiyyat və boş qalan yerlərə ixtisas seçimi başlayır - VİDEO

14.08.2019 19:09

Tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Xezerxeber.az xəbər verir ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Sabhadan həmçinin qəbulun 2-ci mərhələsi start götürəcək ki, 1-ci turdan keçə bilməyən abşituryentlər bəxtlərini yenidən sınaya biləcəklər.

Ümumiyyətlə, boş qalan yerlərdən çoxu ödənişli əsaslarla olanlardır.

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Xanlar Xanlarzadə deyib ki, bu il qəbul olmayan abitruyentlər arasında balı yüksək olanların da sayı kifayət qədərdir. Belə şəxslər də yaxşı olar ki, bəxtlərini ikinci turda sınasınlar.

Həmçinin tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki aylarda aparılan elektron qeydiyyatdan keçməyən abituriyentlər üçün ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Xatırladaq ki, 11 illik təhsil bazasında kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi isə 15-19 avqust tarixlərində aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR