Şəhid ailələri və əlillər dövlət qayğısı ilə əhatə olunub - VİDEO

13.08.2019 20:22

Şəhid ailələri və Qarabag qaziləri dövlət qayğısını yaxından hiss edirlər. Bu qəbildən olan ailələrin hər birinin ehtiyacları təmin edilir.

Xezerxeber.az-ın məlumatına görə, hazırda Bərdədə yaşayan şəhid ailəsi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.

1994-cü ildə döyüşlərdə şəhid olan Azər Əliyevin həyat yoldaşı Zərəngiz Əliyeva deyir ki, onun həyat yoldaşı şəhid olandan dövlət onların yanında olub. İlk olaraq ailə evlə təmin olunub.

Qəhrəman şəhidin övladları təhsil alan zaman bütün təhsil xərclərindən azad olub. Hazırda həmin ailəyə dövlət tərəfindən təqaüd ödənilir.

Qeyd edək ki, Azər Əliyev şəhid olan vaxt iki yaşlı qız övladı olub. Bir övladı isə şəhid olandan 3 ay sonra dünyaya gəlib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






233 dəfə oxunub

XƏBƏRLƏR

23.10.2019 09:51

Ət satanlara ŞAD XƏBƏR

ÇOX OXUNANLAR