Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir - VİDEO

12.08.2019 18:28

Bu gün Azərbaycanın dörd bir tərəfində Qurban sevinci yaşanıb. Səhər saatlarında bayram namazı qılınıb. Bayramda kəsilən qurbanlar şəhid ailələri, Qarabağ əlillərinə, eləcə də aztəminatlı ailələrə paylanılıb.

Xezerxeber.az-ın məlumatına görə, bayramla bağlı namazlar qılınıb, dualar edilib, qurbanlar kəsilib. Ölkə ərazisində bu gün bayram ab-havası olub.

Səhərin erkən saatlarında paytaxtın məscidlərində bayram namazları qılınıb. Saat 09:00-da Təzəpir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə insan qatılıb. İnsanlar dövlətimizin və xalqımızın əmin-amanlığı üçün dualar ediblər.

Müsəlman dünyasının müqəddəs bayramı bölgələrdə də böyük sevinclə qeyd olunub. Lənkəranda bayram namazı qılınıb. Səhər saatlarından etibarən rayonun bütün məscidlərinə insanlar axın ediblər.

Bayram namazında ölkəmizin tərəqqisi, xalqımızın xoş rifahı naminə dualar edilib, şəhidlərimizin ruhuna Qurani Kərimdən ayələr oxunub.

Bu gün İmişlidə də bayram namazı qılınıb. Namaz öncəsi dini söhbətlər aparılıb. Həmçinin Qurban namazı günü birlikdə dualar oxunub. Bayram günündə işğal altında olan torpaqlarımızın azad olunması üçün dualar edilib.

Qurban bayramı ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 baş iriiribuynuzlu, 250 baş xırdabuynuzlu heyvan müəyyən olunmuş yerlərdə qurban kəsilib.

Şirvan şəhərində də müqəddəs Qurban bayramı ilə əlaqədar qurbanlar kəsilib.Səhər saatlarından bayram namazını qılan sakinlər ölkəmizin əmin-amanlığı üçün dualar etdikdən sonra öz qurbanlarını kəsiblər. Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə iri və xırda buynuzlu heyvanlar qurban kəsilərək aztəminatlı ailələrə paylanılıb.

Ümumilikdə 2500-dən yuxarı ailəyə bayram sovqatı paylanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR