Azərbaycan milli mətbuatının 144 yaşı tamam olur - VİDEO

22.07.2019 19:41

Bu gün 144 illiyini qeyd edən Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib və Cənubi Qafqazda hazırda ən güclü media hesab olunur.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O, müstəqil Azərbaycan dövlətinin də dəstəyi ilə bu gün peşəkar jurnalistikanın tam formalaşdığını bildirib.

Mətbuat Şurasının sədri dövlətin jurnalistlərin sosial-məişət şəraiti ilə də yaxından maraqlandığını və onları həll etmək üçün ciddi işlər həyata keçirdiyini bildirib.

"Yeni Müsavat" Media qrupun rəhbəri Rauf Arifoğlu Azərbaycan jurnalistikasının son 10 ildə yeni mərhələyə qədəm qoyduğunu deyib və ölkənin ictimai həyatında önəmli rol oynadığına diqqət çəkib.

Rauf Arifoğlu Azərbaycanda çap mediasının, yəni qəzetlərin varlığının təmin edilməsinin dövlət başçısının dəstəyi ilə reallaşdığını vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Milli Mətbuat Günündə qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat vəsait ayrılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






234 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR