Bakıda avtobus sürücüləri arasında dava olub - VİDEO

22.07.2019 20:21

Bakıda avtobus sürücüləri arasında dava olub. Məlumata görə, sürücülərin davası 3 dəqiqəlik interval üstündə baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsbəsində 202 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus sürücüləri arasında olub.

Sürücülərdən biri digərinə onun 3 dəqiqə vaxtına girməsi ilə bağlı irad tutub. Bu zaman tərəflər avtobusu saxlayaraq yolda mübahisə edib.

Avtobusda olan kişi sərnişinlərin müdaxiləsi ilə sürücülər sakitləşdiriliblər. Bundan sonra onlar yenidən hərəkətə davam ediblər. 202 nömrəli marşrut xəttinin kalon rəisi Elşən Bayramov deyir ki, hər iki sürücü barəsində daşıyıcı şirkət tərəfindən tədbir görülüb.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, məsələ artıq nəzarətə götürülüb. Araşdırıb məlumat verməsi üçün daşıyıcıya göstəriş verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR