Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Zərdablı baramaçılar ilkə imza atıblar - VİDEO

22.07.2019 20:46

Zərdablı baramaçılar bir ilkə imza atıblar. Onlar ilk dəfə olaraq may yemləməsindən 65 tondan yuxarı məhsul təhvil verərək ikinci mərhələyə başayıblar.

Xezerxeber.az-ın məlumatına görə, düzgün aqrotexniki qulluq nəticəsində cəmi 23 gün ərzində ipəkqurdu yemləmə mərhələsini başa vuraraq barama sarımağa başlayıb.

Baramaçılar bildirilər ki, əgər belə davam edərsə, 3-cü mərhələdə ipəkqurdu toxumu götürüb yemləmə apara bilərlər.

Dövlət vəsaiti hesabına Qax Damazlıq İpəkçilik stansiyasından gətirilən 300 qutu ipəkqurdu toxumu kümçülərə pulsuz paylanıb. Nəticədə mövsüm ərzində 1000 nəfər işlə təmin olunub. Becərmə dövründə zəruri qulluq qaydalarına əməl olunduğundan, həm də yem bazasının mövcudluğundan cəmi 23 gün ərzində ipkqurdu toxumları barama sarımağa başlayıb.

Hədəfə nail olunması üçün əsas şərtlərdən sayılan yem bazası da kifayət qədərdir. Çünki son illər rayonda 500 min ədədə yaxın tut tingi əkilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR