Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Dərdlərinin çarəsini bu göllərdə axtarırlar... - VİDEO

21.07.2019 20:09

Bəzi bölgələrdəki göllərdə palçıqlı insan əlindən tərpənmək mümkün deyil.

Xezerxeber.az-ın məlumatına görə, söhbət bir sıra bölgələrdə müalicəvi əhəmiyyəti ilə tanınan sulardan gedir.

Yay ayları zamanı müalicəvi sulardan şəfa tapanlar yenidən bu məkanlara üz tuturlar. Burada bel ağrısına əlac axtaranlara, revmatizmini müalicə etmək istəyənlərə rast gəlmək mümkündür.

Məsələn, Salyanın Babazənan dağında qaynayan istisu bulaqlarında xeyli sayda insan istirahət edir. Bura gələn xəstələr müalicəvi isti sulardan və palçıq vulkanlarından istifadə edərək şəfa tapdıqlarını bildirirlər.

Digər müalicəvi su mənbəyi Goranboyun Boluslu kəndi ərazisində yerləşir. Kənd sakinləri qaynar halda çıxan duzlu suyun müalicəvi əhəmiyyətə malik olduğunu deyirlər.

Bir sıra xəstəlikləri olanlar sudan vanna qəbul edir, hətta mədə-bağırsaq xəstəliklərindən qurtulmaq üçün ondan içirlər. Boluslu kəndi ərazisindən çıxan maye duzlu olduğundan təsərüffatda istifadə edilmir.

Bərdənin Zümürxan kəndinə də şəfa tapmaq üçün üz tutan insanların sayı az deyil. Respublikamızın müxtəlif bölgələrindən, o cümlədən xarici ölkələrdən bura insanlar isti su vanası qəbul etmək üçün gəlirlər.

Uzun illərdir ki, torpağın alt qatından qaynayan bu suyun temperaturu 32 dərəcə olur.

Həkimlər isə bildirir ki, ağır xəstəliklərdən əziyyət çəkənlərə belə suların xeyrindən çox ziyanı var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR