Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Açıq havada toy edənlərin sayı artıb - VİDEO

20.07.2019 19:51

Son vaxtlar açıq havada toy edənlərin sayı artıb.

Xezerxeber.az-ın məlumatına görə, toy təşkilatçısı Mahir Zeynalov deyir ki, əvvəllər ay ərzində açıq havada toy təklifləri 1 və ya 2 olurdusa, indi ay ərzində 10-a yaxın belə təklif alırlar.

Mahir Zeynalov deyir ki, açıq havada təşkil olunan toy məclislərində əsas xərc dekor işlərinə çıxır və bu da qiymətlərə birbaşa təsir edir. Açıq hava toyları adambaşı minimum 60 manatdan başlayır və bir neçə 100 manata qədər qalxır.

Açıq havada toy edən zaman diqqətli olmaq lazımdır. Mahir Zeynalov deyir ki, bəzən belə məkanlarda toy katerinq şirkətlərinə həvalə edilir ki, bu da arzuolunan deyil.

Belə toylarda hava amili birbaşa rol oynadığından cütlüklər açıq hava toyları üçün yay aylarını seçirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR