Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İki fərqli evə bir ünvan verilib - VİDEO

16.07.2019 19:36

Bakıda iki fərqli evə bir ünvan verilib.

Xezerxeber.az-ın məlumatına görə, Xətai rayonu, Zığ yolu 22A, mənzil 21 ünvanını həmin ərazidə biri digərindən bir neçə yüz metr məsafədə yerləşən iki ayrı ev daşıyır.

Həmin evlərdən birində yaşayan Familə Allahverdiyeva deyir ki, yaşadıqları ünvanla bağlı problem uzun illərdir həllini tapmır.

Onun sözlərinə görə, təcili yardım, polis və ya yanğınsöndürən çağırıldıqda, ünvanda çaşqınlıq yaranır. Bundan başqa, onlar evlə bağlı hansısa sənədləşmə işi də apara bilmirlər.

Familə Allahverdiyeva bildirir ki, ərazidə ünvan problemi ilə qarşılaşan təkcə onlar deyil. Qonşuluqda yaşayan başqa insanlar da oxşar problemdən əziyyət çəkirlər.

Məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, məsələ araşdırılacaq və problemin həlli istiqamətində addım atacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






173 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR