Ağstafa və Qazaxda ağır qəzalar - 2 ölü, 2 yaralı var - VİDEO

16.07.2019 18:47

Ağstafada idarəetmədən çıxan avtomobil yol kənarındakı dərəyə aşıb.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza gecə saatlarında Ağstafa rayonunun Yuxarı Göycəli kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində Qazax rayon İkinci Şıxlı kənd sakini, 28 yaşlı İsmət Hacıyev ölüb. Onun həmyerliləri 28 yaşlı Nicad Şamxalov və 25 yaşlı Fuad Məmmədov isə müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Qazaxda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında şəhərin mərkəzindəki Uşaq xəstəxanasının yaxınlığında qeydə alınıb.

"İveco" markalı mikroavtobusun vurduğu 58 yaşlı İradə Tanrverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






439 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR