Ermənilər yenə musiqilərimizə göz dikdilər - "Köçəri" və "Gözəlim sənsən"ə oynadılar - VİDEO

15.07.2019 19:39

Azərbaycan milli rəqsi olan "Köçəri" erməni xalq rəqsi kimi təqdim edilib. Milli rəqsimiz Ermənistan bayrağı altında ifa olunub.

Ardından isə digər xalq mahnımız "Gözəlim sənsən" də erməni musiqisi kimi təqdim edilib.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntülər iyulun 14-də, Monteneqronun Hersoqov şəhərində keçirilən Beynəlxalq xalq rəqsləri və mahnıları festivalında lentə alınıb.

Ermənistanı təmsil edən "Kafqaz" rəqs ansamblının şagirdlərinin bu addımına elə həmin festivalda iştirak edən azərbaycanlılar dərhal sərt reaksiya veriblər.

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi deyir ki, bu barədə məlumat erməni mətbuatında yayılıb. Erməni qəzetləri bunu azərbaycanlıların kobudluğu kimi təqdim edib. Əslində isə, erməni saxtakarlığını ifşa edən həmyerlilərimiz festivalda olan erməni qadınlar tərəfindən təhqir olunublar.

İsmayıl Tanrıverdi deyir ki, bu hal ermənilərin ilk addımı deyil. Son zamanlar onlar saxtakarlıq etməyə daha çox can atırlar.

İsmayıl Tanrıverdinin sözlərinə görə, hadisə ilə bağlı ermənilərlə azərbaycanlılar arasında qarşıdurma yaranıb. Məsələyə polis müdaxilə etsə də, saxlanılan olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






252 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR