Birinci sinfə elektron qeydiyyat üzrə 45 mindən çox sorğu yerləşdirilib - VİDEO

15.07.2019 20:32

Bu il paytaxt məktəblərinin birinci sinfinə elektron qeydiyyat üzrə 45 min 471 sorğu yerləşdirilib.

Xezerxeber.az-ın məlumatına görə, onlardan 42 min 653-ü ümumi təhsil məktəblərini, 2818-i isə lisey və gimnaziyaları seçib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, artıq qəbul proqnozunun 95 faizə yaxını yerinə yetirilib. Bununla belə, hər hansı məktəbdə şagird sıxlığı yaşanmır. Süni sıxlığın qarşısını almaq üçün isə bəzi məktəblərdə ərazi prinsipi tətbiq edilir.

İdarənin sektor müdiri Bəşarət Məmmədov deyib ki, yaxın günlərdə məktəbəhazırlıq qruplarının qeydiyyat prosesi başlayacaq. Üstəlik, bu ildən bir sıra yeniliklər tətbiq ediləcək.

Bəşarət Məmmədovun sözlərinə görə, hər il məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçənlərin sayı da artmaqdadır. Ötən tədris ilində 264 məktəbdə 919 məktəbəhazırlıq qrupu fəaliyyət göstrərib ki, bu qruplarda 23 mindən çox uşaq məşğələlərə cəlb edilib. Bu il isə bu sayın daha çox olacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR