Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Su alarkən diqqətli olun! Günəş altında qalan su zəhərlənməyə səbəb ola bilər - VİDEO

15.07.2019 20:24

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də bəzi mağaza sahibləri plastik qablardakı suları birbaşa günəş şuaları altında saxlayırlar. Halbuki, belə sular insan orqanizimi üçün olduqca təhlükəlidir.

Xezerxeber.az-ın məlumatına görə, yay mövsümündə plastik qablarda satılan suların günəş şuası altında saxlanılmasının təhlükəli olduğu bildirilsə də, görünən odur ki, buna məhəl qoyan çox az sahibkar var. Xüsusilə də kiçik marketləri işlədənlər saxlanc yerləri olmadığından firmalardan plastik qablarda gələn suları çölə yığırlar. Həmin sular da saatlarla günəş şüaları altında qalır və daha sonra satışa çıxarılır.

Şəhər sakinləri də belə faktlarla tez-tez rastlaşdıqlarını deyirlər. Onların bəziləri kiçik marketlərdən su almadıqlarını bildirirlər.

Araşdırmalara görə, plastik qab açıq günəş altında qaldıqda onun içərisində olan suyun tərkibi dəyişir.

Günəş altında qalan su içildikdən bir müddət sonra orqanizmdə toksiki maddələrin toplanmasına səbəb olur. Bu isə zəhərlənməyə gətirib çıxarır.

Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional şöbəsinin rəis müavini Elməddin Quliyev deyib ki, həmin sular qapalı yerdə saxlanılmalıdır.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə mütəmadi küçə ticarəti ilə məşğul olanlara qarşı reydlər keçirilir. Belə qidaların yol kənarında və açıq şəkildə günəş şuası altında satılmasının təhlükələri izah edilərək yığışdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR