Bakı metrosunda orta yaşlı kişi siqaret çəkib.
Xezerxeber.az-ın məlumatına görə, dünən axşam saatlarından etibarən sosial şəbəkələrdə bunu əks etdirən videogörüntü yayılıb.
Görüntülər vətəndaşlar tərərəfindən ciddi müzakirələrə səbəb olub. Bildirilib ki, dünən axşam saatlarında orta yaşlı bir kişi qatarda siqaret çəkməyə başlayıb.Onun bu hərəkətini üzbəüz oturan digər sərnişin lentə alıb. Videodan görünür ki, həmin şəxs ardıcıl olaraq bir neçə siqaret çəkib və kötüyünü yerə atıb.
"Bakı Metropoliteni" QSC-dən "Xəzər Xəbər"ə bildirilib ki, hazırda həmin hadisənin dəqiq nə zaman və hansı stansiyada baş verdiyi araşdırılır. Metropolitenin daxilində olan polis bölməsi tərəfindən də paralel şəkildə araşdırma aparılır. O da bildirilib ki, metropolitenin daxilində tütün məmulatlarından istifadə qadağandır. Belə hallarla qarşılaşan vətəndaşların əvvəlcə maşinistə xəbər vermələri tövsiyə edilir. Bununla yanaşı, vətəndaşlar belə hallarda metroda xidmət aparan polislərə və metropolitenin digər işçilərinə məlumat verə bilərlər.
"Bakı Metropoliteni" QSC-nin Departament rəisi Tərlan Dadaşovun sözlərinə görə, araşdırmaların nəticəsindən asılı olaraq həmin şəxs haqqında İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
Xələf Xələfov: "Belə insidentlər təxribat xarakterli deyil" - VİDEO
90 yaşlı qadını soymaq istədi - QULDUR UZAĞA QAÇA BİLMƏDİ - VİDEO
Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Tramp Boris Consonu seçkilərdə qələbə münasibətilə təbrik edib
Britaniyada seçkilərdə Boris Consonun partiyası qələbə qazanıb
İran vətəndaşı sərhəddən 2 kq narkotik keçirməyə cəhd edib - FOTO
Direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ - VİDEO
Sensasiya: Bu ölkədə soğanın qiyməti qızılın qiymətinə çatdı - VİDEO
Bahalaşma: Siqaretlərin fantastik qiyməti... - “Parlament” 10 manat
Yaraşıqlı aktyordan aparıcıya şok təklif - Biabır oldu - VİDEO
Bu şəxslərə ŞAD XƏBƏR: maaşları 50 faiz ARTIRILDI - SƏRƏNCAM
Ağ Siçan ili kimlərə düşərli olacaq? - Bayramı necə qarşılamalı?
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər