Pambıqçılar daha yüksək nəticə üçün yarışa giriblər - VİDEO

15.07.2019 19:18

Neftçala və Sabirabad pambıqçıları daha yüksək məhsuldarlıq üçün yarışa giriblər.

Xezerxeber.az-ın məlumatına görə, hər iki rayondan olan fermerlər qarşılıqlı olaraq bir-birlərinin sahələrinə baş çəkirlər. Neftçaladan olan fermer Əlibala Səlimov sabirabadlı pambıqçı, sosialist əməyi qəhrəmanı Fatma Hüseynovanın sahəsində olub.

Fermer deyir ki, məhsuldarlığın artırılması üçün yeni metodların tətbiqinə aid becərmə planı hazırlanmalıdır.

Fatma Hüseynova isə pambıqçılıqda dərmanlama texnologiyasının əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, dərmanlama işlərinin xüsusi zəhərçiləyən dronlar vasitəsilə aparılması məqsədəuyğundur.

Təcrübəli pambıqçılar bu sahəni inkşaf etdirmək üçün Kənd Təssərüfatı Nazirliyinə bir sıra təkliflər verəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR