Neftçalada ağır yol qəzası: 1 ölü, 5 yaralı var - VİDEO

11.07.2019 18:40

Neftçalada ağır yol qəzası olub. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Neftçala rayonunun Şirvan kəndi ərazisində baş verib.

Rayonun Bankə qəsəbə sakini 35 yaşlı Mirzamir Əmirov idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza nəticəsində sürücü, eləcə də Bankə sakinləri - 34 yaşlı Tahir Ağasiyev, 47 yaşlı Şahlar Əmirov, 42 yaşlı Şahmar Əmirov, 34 yaşlı Əfqan Əmirov və 7 yaşlı Miraslan Əmirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan Şahlar Əmirov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Həkim Çingiz Dadaşov yaralıların vəziyyəti barədə danışıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

15.07.2019 22:41

Kainat fırlanırmı?

ÇOX OXUNANLAR