Əmək qanunvericiliyinə riayət edilməsi ilə bağlı yeni yanaşma tətbiq olunacaq - VİDEO

11.07.2019 19:27

Azərbaycanda əmək qanunvericiliyinə riayət edilməsi sahəsində yeni yanaşma tətbiq olunacaq. Yeni yanaşma risk əsaslı yoxlamaların həyata keçirilməsini nəzərdə tutur.

Xezerxeber.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, əmək qanunvericiliyinə riayət edilməsi sahəsində indiyə qədər ənənəvi yanaşma tətbiq olunub. Ancaq hazırlanmaqda olan Strateji Əməletmə Konsepsiyasına əsasən, bu sahədə yeni yanaşma tətbiq ediləcək.

Konsepsiyaya əsasən, Azərbaycanda Əməyin Mühafizəsi Fondunun yaradılması da nəzərdə tutulur. Fondun yaradılması işəgötürənlərlə daha proaktiv şəkildə işləməyə imkan verəcək.

Mətin Kərimli bu il istehsalatda baş vermiş bədbəxt hadisələr barədə də məlumat verib. Onun sözlərinə görə, sahibkarlıq subyektlərində yoxlamalar 1 yanvar 2021-ci ilə kimi dayandırılıb. Bu səbəbdən Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olan şikayətlər əsasında araşdırma aparır, hüquqi şəxslərə və vətəndaşlara cavablar verilir.

Bu gün həmçinin "Strateji əməletmə planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti" mövzusunda konfrans keçirilib. Konfransda əmək qanunvericiliyindən irəli gələn məsələlər müzakirə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






226 dəfə oxunub

XƏBƏRLƏR

19.09.2019 09:18

Neft yenidən bahalaşıb

ÇOX OXUNANLAR