Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib - VİDEO

11.07.2019 19:15

Azərbaycanla Fransa arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələr inkişaf edir. Bu günə qədər iki ölkə arasında 70-ə yaxın sənəd imzalanıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda deyib.

150-dən çox iş adamının iştirak etdiyi forumda nazir iki ölkənin birgə müəssisələr yaratmasının vacibliyini vurğulayib.

Şahin Mustafayev həmçinin bildirib ki, Fransa şirkətləri Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan 34 layihədə podratçı qismində iştirak edib. İqtisadiyyat naziri ölkələr arasındakı ticarət dövriyyəsindən də danışıb.

''Ticarət dövriyyəsinin balanslaşdırılması istiqamətində işlər aparılmalıdır. Azərbaycan Fransaya qeyri-neft məhsullarının ixracını artırmalıdır.Bu istiqamətdə işləmək üçün böyük potensial mövcuddur", - deyə nazir əlavə edib.

Şahin Mustafayev bildirib ki, Azərbaycanın dayanıqlı inkişaf etməsi Avropa ölkələrini kapital yatırmağa sövq edir.

Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua de Bezyö isə çıxışında bildirib ki, Fransa Azərbaycanla kənd təsərrüfatı, turizm və yeni texnologiyalar sahəsində əməkdaşlıq qura bilər. Onun sözlərinə görə, sözügedən sahələr üzrə əməkdaslıq üçün böyük imkanlar var. Çıxışlardan sonra iki ölkənin şirkətləri arasında görüşlər keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






201 dəfə oxunub

XƏBƏRLƏR

19.09.2019 09:18

Neft yenidən bahalaşıb

ÇOX OXUNANLAR