Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Prezident bələdiyyə sədrini belə qovdu - VİDEO

11.07.2019 10:36

Ukrayna Prezidenti Vladimir Zelenski 10 iyul tarixində keçirilən iclas zamanı Borispol şəhər bələdiyyəsinin katibi Yaroslov Qodunkını otaqdan qovub.

Prezident Qodunkanın dərhal iclas zalını tərk etməsini təkidlə tələb edib.

"Çox qışqırdıqları zaman mən internetdə çox bağıranlar haqqında nələrsə axtarmağı xahiş edirəm. 42 yaşım var, çox insanlar görmüşəm. Qəzetdə oxudum. Söyləyin mənə! Bu, doğrudur, ya yox? "Batkivşina” partiyasının üzvü, Borispol bələdiyyəsinin katibi Ukrayna Cinayət Məcəlləsinə görə daha əvvəllər ağır bədən xəsarətləri yetirmə maddəsi ilə ittiham edilib. Yaroslav Nikolayeviç, bu sizsiniz? Çıxın burdan! Çıx, dələduz! Pis eşidirsən? İngiliscə deyirəm: Exit” - deyə Zelenski əsəbi şəkildə bildirib.

Lakin Qodunko prezidentlə razılaşmayaraq onunla mübahisə edib.

"Hər cür mənasız yazıları oxumaq üçün ona təqdim edirlər”, - deyə Qodunko Zelenskinin andiçmə mərasimində "Hamımız prezidentik” fikirlərinə eyhamla deyib.

Zelenski də öz növbəsində, "Yaxşı, gedin, cənab! Siz dəqiq prezident deyilsiniz! Prezidentin cinayət əməli yoxdur. Get gəz!” – deyə vurğulayıb. (Modern.az)

© xezerxeber.az


186 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR