Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Kürdəmir və Ağdaşda ağır qəzalar: 1 ölü, 5 yaralı var - VİDEO

10.07.2019 19:56

Kürdəmirdə avtomobil beton maneəyə çırpılıb. Məlum olub ki, sürücü sərnişinlər tərəfindən bıçaqlandıqdan sonra qəza törədib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Kürdəmirdən keçən hissəsində baş verib.

Qaradağ rayonu, Ələt qəsəbə sakini 55 yaşlı Yaşar Səmədov idarə etdiyi avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən Ucar rayonu ərazisində avtomobilinə sərnişin qismində mindirdiyi 3 şəxslə aralarında naməlum səbəblərdən mübahisə yaranıb. Mübahisə zamanı sürücü bıçaqlı hücuma məruz qalıb. Bu zaman o, idarəetməni itirərək nəqliyyat vasitəsini beton maneəyə çırpıb. Bıçaq zərbələri alaraq yaralanan sürücü Yaşar Səmədov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Qeyd edək ki, qəzadan sonra minik maşınında olan 3 sərnişin hadisə yerindən qaçıblar. Faktla bağlı araşdırma aparılır.

Ağdaş rayonunda isə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ərəbocağı kəndi ərazisində qeydə alınıb. Rayon istiqamətində hərəkətdə olan Zaman Əmirovun idarə etdiyi minik avtomobili yol kənarındakı betona çırpılıb. Qəza nəticəsində Ağdam rayonundan olan 42 yaşlı Ramin Mehrəliyev, 38 yaşlı Zaman Əmirov, 43 yaşlı Əmrah Quliyev, 22 yaşlı Seyfəddin Əmrəliyev, 23 yaşlı Niyaməddin Əmrəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ramin Mehrəliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər 4 yaralı Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR