Astara və Qubada narkotik aşkarlanıb - saxlanılanlar var - VİDEO

09.07.2019 20:21

Ayaqqabısında yarım kiloqramdan artıq narkotik gizlədən şəxs polisdən yayına bilmədi.

Xezerxeber.az-ın məlumatına görə, Astarada qaçaqmal yolu ilə respublika ərazisinə narkotik keçirən Sumqayıt şəhər sakini əvvəllər 3 dəfə məhkum olunmuş Rövşən Şükürov Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı hər iki ayaqqabısının alt hissəsinə yerləşdirilərək gizlədilmiş yarım kiloqramdan artıq narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla onun narkotik vasitəni İran İslan Respubikasından satış məqsədilə qaçaqmal yolu ilə gətirdiyi müəyyən edilib.

Qubada isə Rayon Polis Şöbəsinin əməkdaşlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Vladimirovka kənd sakini 41 yaşlı Taleh Balayev saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kənd ərazisinə keçirilən baxış zamanı, böyürtkən kolları arasında xüsusi aqrotexniki qayda ilə qulluq edilərək dibçəklərdə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






352 dəfə oxunub

XƏBƏRLƏR

14.10.2019 09:37

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR