Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bağçalarda monitorinqlər başlayıb- VİDEO

09.07.2019 20:19

Azərbaycanda enerji içkilərinə nəzarət gücləndirilir. Bu məqsədlə Qida Təhlükəsizliyi İnstitutunun nəzdində elmi texniki şura fəaliyyətə başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətə başlamasının 1 illiyinə həsr olunmuş mətbuat konfransında deyib ki, bu şuraya müxtəlif qurumların əməkdaşları cəlb olunub.

Qoşqar Təhməzli onu da bildirib ki, ölkədə seçmə yolla müəyyən edilən 400-ə yaxın uşaq bağçasında monitorinqlərə başlanılıb. Məqsəd böyüməkdə olan nəslin sağlam qida ilə təmin olunmasıdır. Səhiyyə Nazirliyi tərəfindən də məktəbəqədər müəssisələrdə uşaqların qidalanma rasionu işlənib hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

Agentliyin sədri onu da vurğulayıb ki, son bir ildə quruma qida zəhərlənməsi halı ilə bağlı 359 şikayət daxil olub. Aparılan araşdırmalar nəticəsində 167 qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb. Zərərçəkənlərdən ikisi vəfat edib. Bundan başqa, 1 il ərzində sahibkarlıq sahəsində 579 yoxlama aparılıb. 390 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib. Ümumilikdə isə 280 min manat cərimə tətbiq edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR