Azərbaycanda Silahlı Qüvvələr Günüdür - VİDEO

26.06.2019 19:05

1918-ci il may ayının 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cumhuriyyətinin ən əsas vəzifələrindən biri müstəqilliyinin qarantı olacaq silahlı qüvvələrini təsis etmək idi. Bu məqsədlə 1918-ci il iyunun 26-da Gəncə şəhərində yerləşən parlament tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar çıxarıldı. beləliklə dövlətin əsas atributlarından olan ordunun formaldırılmasına başlanıldı.

Amma Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra azərbaycan gəncləri70 il boyu sovet ordusu sıralarında xidmət keçiməli olub. bu dövrdə isəazərbaycanlılara qarşı ciddi hərbisizləşdirilməsiyasəti aparılıb. azərbaycan gənclərinin zabit olmasıbıb yolları müxtəlif yollarla əngəllənib. müddətli hərbi qulluqçular isə nadir hallarda döyüş hazırlığı yüksək səviyyədə olanhərbi birləşmələrdə xidmət keçib. təsadüfi deyil ki onların əksəriyyəti tikinti taborlarına yönləndirilib. Amma ulu öndərin azərbaycanın rəhbərliyinə gəlməsi ilə bu istiqamətdə döyüş yaranıb. azərbaycanda hərbi təyinatlı məktblərin açılması ilə paralelöoxlu saydaazərbaycanlı gənc hərbi təhsil almaq üçün ssr-nin müxətlif yerlərinə göndərilib.

1991-ci ildə yenidən müstəqillik qazanan Azərbaycan öz ordusunu formalaşdırmağa başlayıb.Müstəqilliyin ilk illərindəhərbi əməliyyatların və siyasi çəkişmələrin fonunda Azərbaycan ordusunuheç də arzu olunansəviyyəyə çatdırmaq mümkün olmasa da, bu proses 1993-cü ildən sürətlənməyə başlayıb. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra nizam -intizamlı, vahid mərkəzdən idarə olunan ordu formalaşmağa başlandı. Ölkənin günü-gündən artan maliyyə imkanları orduda da özünü göstərirdi.

26 iyunun silahlı qüvvələr günü kimi qeyd olunması da məhz Ulu Öndərin adı ilə bağlıdır. 1998-ci il mayın 22-də Ümummilli LiderHeydər Əliyevin fərmanı ilə 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi böyük təntənə ilə qeyd olunur.

Ulu öndərdən sonra prezident, silahlı qüvvələrin ali baş komandanı İlham Əliyevin ordu quruculuğuna ayırdığı diqqət sayəsində Azərbaycan dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. İlbəilistər döyüş qabiliyyətini, istərsə də silah və texnika potensialını artıraraq daha da qüdrətlənən Azərbaycan ordusu xalqımızın qürur və güvən mənbəyidir.

Azərbaycan ordusunun ehtiyatda olan polkovniki Məhərrəm Cahangirov deyir ki, hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi.Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi.Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə fəallıq göstərir. Ölkənin Sülhməramlı Qüvvələri əfqanıstandakı koalisiya əməliyyatlarında iştirak edir. artıq hər bir azərbaycanlı əmindir ki azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadır.

© xezerxeber.az


313 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR