Binəqədi-Novxanı yolunda AĞIR QƏZA - 3 avtomobil sıradan çıxdı - VİDEO

25.06.2019 14:16

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Binəqədi-Novxanı yolunda qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib.

"Mercedes", "NİVA" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində yolda uzun tıxac yaranıb.

Şahidlərin bildirdiyinə görə, qəzada ciddi xəsarət alanlar olmasa da, hər üç avtomobil sıradan çıxıb.

Qəza yerinə DYP əməkdaşları cəlb olunublar. Hadisənin səbəbləri araşdırılır. (trend)

© xezerxeber.az


225 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR