Gürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdi - VİDEO

24.06.2019 13:42

Gürcüstan prezidenti Salome Zurabişvili "Euronews” telekanalına verdiyi müsahibədə Rusiyanın turist"embarqo”suna münasibət bildirib.

Ölkə başçısı bildirib ki,siyasifikir ayrılıqlarına baxmayaraq, Rusiyadan Gürcüstanagələn turistlərin sayı azalmamalıdır.

Onun sözlərinə görə, rusiyalılar Gürcüstanı sevirlər və bu ölkəyə səfərlərdən imtina etməməlidirlər. Siyasətçilər isəproblemin həlli üçün başqa yollar axtarmalıdırlar.

"Bu məsələnin həlli Gürcüstanın ərazibütövlüyünü tələb edir, lakin heç bir şeyə baxmayaraq turistlərin axını azalmamalıdır və bu, Gürcüstandakı dinc şəraitə təsir etməməlidir”.

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR