"Real" yeni transferini təqdim etdi - VİDEO

13.06.2019 12:55

"Real" yeni transferi Luka Yoviçi ictimaiyyətə təqdim edib.

Təqdimat mərasimi "Santyaqo Bernabeu" stadionunda keçirilib. Serb hücumçu Madrid klubunun formasını əyninə keçirərək onu izləmək üçün tribunalara toplaşan azarkeşləri salamlayıb. Fotosessiyanın ardınca Yoviçin mətbuat konfransı keçirilib.

"Mən dünyanın ən xoşbəxt adamıyam, çünki möhtəşəm klubla müqavilə imzaladım. "Real"a titullar qazandırmaq üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Doğru seçim etdiyimdən əminəm", - deyə Yoviç bildirib.
 
Qeyd edək ki, 21 yaşlı forvardın rəsmi transfer məbləği açıqlanmasa da, keçidin "Real"a 60 milyon avroya başa gəldiyi ehtimal olunur.

© xezerxeber.az

FOTOQALERIYA






112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR