Son zəng günü təhlükəsizlik tədbirləri tam təmin ediləcək - VİDEO

12.06.2019 20:45

Son zəng günü məktəblərdə təhlükəsizlik tədbirləri tam təmin ediləcək. Bu məqsədlə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilib.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirib.

İdarə rəisi son zəng tədbirləri ilə bağlı tövsiyələr də verib.

Rəşad Tağıyev müəllimlərin müddətsiz müqavilə ilə işə qəbul məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən təşkil edilən daimiləşmə prosesində müddətli müqavilə ilə çalışan 269 müəllimin 2019-2020-ci dərs ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə işə qəbuluna razılıq verilib. İdarə rəisi şagirdlərin birinci sinfə qəbulu ilə bağlı prosesin gedişatı haqqında da danışıb.

Bu arada, 20 nömrəli məktəbdə Lütfi Zadə adına 4-cü məntiq olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Yüksək nəticə göstərmiş şagirdlərə medal, diplom və hədiyyələr təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






170 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR