Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda avtobusu vuran evakuator sürücüsü ''Xəzər Xəbər''in çəkiliş qrupuna hücum edib - VİDEO

11.06.2019 19:59

Bakıda qəza törədən evakuator sürücüsü ''Xəzər Xəbər''in çəkiliş qrupuna hücum edib.

Xezerxeber.az-ın məlumatına görə, ''166'' evakuator xidmətinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı əzilmiş avtomobilinin çəkilməsinə etiraz olaraq hadisə yerində öz işini görən müxbir və operatora fiziki təzyiq göstərib. O, hətta kameraya yumruqla zərbə vuraraq nalayiq ifadələr işlədib.

Görüntülər günorta saatlarında paytaxtın Zığ yolunda baş vermiş qəza yerində çəkilib. İnqilab İsmayılov küçəsindən Zığ yoluna çıxan ''104'' saylı sərnişin avtobusu bir qədər getdikdən sonra arxadan gələn ''166'' evakuator ona çırpılıb.

Qəza zamanı avtobus yoldan çıxaraq beton maneələrə dəyib. Nəticədə avtobusda olan sərnişinlərdən üç qadın xəsarət alıb. Ətrafda olan insanların köməyi ilə onlar avtobusdan çıxarılaraq hadisə yerinə gələn təcili yardım avtomobili ilə 3 saylı və Neyrocərrahiyyə xəstəxanalarına aparılıblar.

Xəstəxanadan verilən məlumata görə, marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan Sülahət Məmmədova və Könül Həsənova qapalı kəllə-beyin travması ilə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Onlardan Könül Həsənovanın vəziyyəti ağır qiymətləndirilir. Hadisə nəticəsində xəsarət alan digər qadın- Aysel Zeynalova Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib və hazırda onun vəziyyəti normaldır.

Avtobsusun sürücüsü iddia edir ki, qəzaya evakuatorun sürücüsü səbəb olub.

Hadisə yerinə Xətai rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları da gəliblər.

Qəzaya uğrayan ''166'' evakuator xidmətinin sürücüsündən qəzanın necə baş verməsini öyrənmək istəyimiz isə mümkün olmadı.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbi təyin edilmiş avtoekspertizanın nəticəsindən sonra məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






759 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR