15 iyun Azərbaycan tarixinin yeni səhifəsidir - VİDEO

11.06.2019 19:27

1990-cı illlərin əvvvələri, daha dəqiq, 1991-1993-cü illərdə sözün əsl mənasında Azərbaycanda bütün sahələri böhran bürümüşdü. Elə bir fəaliyyət sahəsi yox idi ki, orada gərginlik olmasın. Ölkənin müstəqilliyi süquta uğramaq təhlükəsi ilə üzləşmişdi. AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu həmin illəri Azərbaycanın yeni tarixinin ən faciəli dövrü hesab etmək olar. Həmin tarixin canlı şahidlərindən olan millət vəkilləri qeyd edirlər ki, hərc-mərclik bir qədər də davam etsəydi, Azərbaycan yenidən müstəqliyyini itiricəkdi. Çünki hər şey ona doğru gedirdi.

Odur ki, belə bir gərgin və böhranlı vəziyyətdə xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı.1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdilər. Xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə ulu öndən Heydər Əliyev ölkəyə gəldi. Ulu öndərin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.

Millət vəkili Musa Quliyev bildirir ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gələn kimi, AXC-Müsavat cütlüyünün yarada bilmədiyi sabitliyi yaratdı, ölkəni təhlükələrdən xilas etdi, islahatlara start verdi.

Millət vəkilinin sözlərinə görə, həyata keçirilən islahatlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu təmin etdi və ölkəni inkişaf yoluna yönəltdi.

Millət vəkili Hadi Rəcəbli vurğulayır ki, Qurtuluş günü ilə başlayan inkişaf modeli indi Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Millət vəkili qeyd edir ki, ulu öndərin xilaskarlıq missiyası nəzərə alınaraq 27 iyun 1997-ci ildə parlament 15 iyun tarixini Qurtuluş günü elan etdi. Bu tarix həm də bir bayramdır. Çünki xalq məhz ulu öndərin sayəsində daha ağır bəlalardan qurtulmuş oldu.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR