Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

50 modul tipli məktəb quraşdırılacaq, 338 təhsil müəssisəsi qazlaşdırılacaq - VİDEO

11.06.2019 20:16

Bu il Azərbaycanda 50 modul tipli məktəb quraşdırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev ötən gün Azərbaycanda təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ölkə ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Təhsil Nazirliyinə 18 milyon manat ayrılıb.

Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsinin şöbə müdiri Sirac Əliyev deyir ki, ayrılan vəsait hesabına 24 rayonda modul tipli məktəblər quraşdırılacaq.

Artıq layihə işlərinə başlanılıb və məktəblərin ilin sonuna kimi quraşdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla isə təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Təhsil Nazirliyinə 5,7 milyon manat ayrılıb.

Bunlardan 328-i ümumi orta təhsil müəssisəsi, 10-u isə peşə məktəbidir. Artıq layihə işlərinə başlanılıb. Noyabrın 15-nə kimi təhsil müəssisələrinin qazlaşdırılması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR