Dövlət büdcəsinə gömrük daxilolmaları artıb - VİDEO

08.06.2019 18:39

Bu ilin 5 ayı ərzində Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə ötən ildən daha çox vəsait ödənilib.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Komitə sədri Samur gömrük-keçid məntəqəsində aparılan yeniliklər və gömrükdən istifadə edən vətəndaşlar üçün tətbiq edilən müasir məlumatlandırma sistemindən də danışıb.

Komitə sədri şimal istiqamətində əsas gömrük-keçid məntəqəsinin iki ölkə arasında, eləcə də beynəlxalq gömrük əməliyyatlarında mühüm rol oynadığını, bu məntəqədə prosedurların sürətləndirilməsinin vacib olduğunu vurğulayıb.

Bu arada, komitə sədri gömrük könüllüləri ilə görüşüb. Görüşdə Səfər Mehdiyev könüllülərin gömrük prosedurlarının öyrənilməsinə cəlb olunacağını və bunun gələcəkdə gömrük xidmətində çalışmaq istəyənlər üçün faydalı təcrübə olacağını vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






148 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR