Assanjın həbsdən ilk videosu yayıldı - VİDEO

08.06.2019 13:17

Bu ilin aprelində Ekvadorun Londondakı səfirliyində saxlanılan "WikiLeaks” portalının qurucusu Julian Assanjın Londonun Belmarş həbsxanasından ilk videogörüntüləri yayılıb.

Görüntüləri özünü jurnalistin tərəfdarı kimi təqdim edən və adını açıqlamayan digər məhkum gizli çəkərək "Ruptly” videoagentliyinə göndərib.

Görüntülərdə Assanjın digər məhkumlarla söhbət etdiyi, əhvalının yaxşı olduğu görünür.

Xatırladaq ki, Assanj "WikiLeaks”də ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlar, dinc əhalinin öldürülməsi haqda faktlar, Quantanamo həbsxanasındakı ağır şərtlər haqda materiallar dərc etməsi ilə tanınıb. 2010-cu ildə İsveçdə ona qarşı cinsi zorakılıq faktı üzrə ittiham irəli sürülüb. Assanj bu ittihamı qəbul etməyərək 2012-ci ildən Londondakı Ekvador səfirliyinə sığınıb. Ancaq bu il aprelin 11-də İsveç və ABŞ hökumətinin tələbi ilə həbs olunub. Ona Britaniyada 11,5 aylıq həbs verilib.

Bundan sonra İsveç prokurorluğu Assanj işi ilə bağlı istintaqı yeniləyib və tədqiqatlara başlayıb. ABŞ hökuməti isə ona qarşı casusluq və gizli informasiyanın yayılması maddələri üzrə ittihamlar qaldırıb. Hazırda Assanjı 175 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Bundan başqa, jurnalistin ABŞ-a ekstradisiyası məsələsi də gündəmdədir. ("Qafqazinfo”)

© xezerxeber.az

FOTOQALERIYA






285 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR