Avtomobilin üzərində kustar üsulla hazırlanan "baqaj" ağır qəzaya səbəb olub - VİDEO

07.06.2019 19:12

Bakıda sürətlə şütüyən avtomobilin üstündən düşən taxta parçası ağır qəzaya səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, "Cip" aşıb, digər bir minik avtomobili isə yolda fırlanaraq əks istiqamətdə dayanıb.

Ağır yol nəqliyyat hadisəsi bir neçə gün əvvəl paytaxtın aeroport yolunda baş verib. Dəhşətli yol qəzası təhlükəsiz şəhər kameralarına düşüb. Yükdaşıma qaydalarını pozan ''VAZ- 2107'' markalı avtomobilin üzərində standartlara uyğun olmayan ''baqaj'' olub. Dəmir və onun üzərinə bərkidilmiş taxta parçası ilə düzəldilmiş yük yeri yüksək sürət və küləyin təsirindən avtomobilin üstündən uçaraq yaxınlıqda hərəkət edən ''Prado'' markalı maşına tərəf gedib. "Cip"in sürücüsü avtomobili qəzadan qaçırtmaq istəyəndə eyni istiqamətdə hərəkətdə olan ''Opel'' markalı avtomobilin sürücüsünü çaşdırıb.

Bu zaman həmin avtomobilin sürücüsü isə idarəetməni itirərək "Cip"ə çırpılıb. Nəticədə avtomobil aşaraq yoldan kənara düşüb. ''Opel'' isə yolun ortasında bir neçə dəfə dönərək dəmir arakəsmələrə dəyərək dayanıb. Qəza zamanı içi sərnişinlə dolu olan 160 saylı avtobusun sürücüsünün anında dayanması faciənin daha da böyük olmasının qarşısını alıb. Avtobusun sürücüsü Mənsur Abbasov deyib ki, qəzaya səbəb olan ''VAZ- 2107'' markalı avtomobilin sürücüsünün həmin vaxt hadisədən xəbəri olmayıb.

Görüntüləri izləyən yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyib ki, sürücü yükdaşıma və digər qaydaları kobud şəkildə pozub. Həm kustar üsulla avtomobilin damında yük yeri düzəldib, həm də bu cür yüklə yolda birinci zolaqda sürətlə hərəkət edib.

Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi araşdırmalara başlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






485 dəfə oxunub

XƏBƏRLƏR

23.10.2019 09:51

Ət satanlara ŞAD XƏBƏR

ÇOX OXUNANLAR