Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanda seysmoloji aktivlik müşahidə olunur - Təhlükə varmı? - RƏSMİ AÇIQLAMA - VİDEO

07.06.2019 18:44

Son günlər ölkə ərazisində seysmoloji aktivlik müşahidə olunur.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Xezerxeber.az-ın məlumatına görə, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, son günlər ölkə ərazisində müşahidə olunan təkanların çoxu hiss olunmayan, zəif təkanlardır. Xəzər dənizində qeydə alınan zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.Yəni bu göstərici Azərbaycana, seysmoaktiv bölgəyə xas olan əlamətlərdir. Odur ki, qorxulu bir şey yoxdur.

Qurban Yetirmişlinin sözlərinə görə, tektonik hərəkətlər daimi var və onların nəticəsində zəif təkanlar olur. Hazırda baş verə biləcək güclü-dağıdıcı zəlzələ üçün elə bir aktiv bölgə yoxdur. Yəni, nisbi olaraq bu və digər bölgələrdə tektonik qırılmalar zamanı baş verən zəlzələlər qorxulu deyil.

Direktor qeyd edib ki, mərkəzin stansiyaları gündəlik, mütəmadi, fasiləsiz müşahidələr aparır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






368 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR