Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda yol polisindən nümunəvi addım: Hamilə qadını xəstəxanaya belə çatdırdılar - VİDEO

06.06.2019 19:48

Paytaxt ərazisində yol polisi həyat yoldaşını doğum üçün xəstəxanaya çatdırmaq istəyən sürücüyə yardım edib. Xidməti ərazisi olmamasına baxmayaraq, rəhbərliyinə məlumat verərək avtomobili müşayiət edən polislər hərəkətin sıx olduğu ərazidə qısa zamanda avtomobili xəstəxanaya çatdırıb. Vaxtında xəstəxanaya çatan ana bir qız övladı dünyaya gətirib.

Sayrışan işıqlarını yandıran və səs siqnalını qoşan yol polisi həyat yoldaşını doğum evinə çatdırmağa çalışan sürücünü müşayiət edir.

Bu zaman təhlükəsizlik gözlənilməklə bir neçə dəfə qırmızı işığın tələbi pozulur və qarşı hərəkət zolağı ilə hərəkət edilir. Bu görüntü ötən gün çəkilib və ''Xəzər Xəbər''in votsap nömrəsinə sürücü Sultan Mikayılov tərəfindən göndərilib. Sürücüyə kömək edən Bakı Şəhər Dövlət yol polisi idarəsinin 99 YP 361 nömrə nişanlı avtomobilininekipaj üzvləri isə bu hadisə ilə bağlı mikrofonumuza danışıb.

Bu zaman efir vasitəsi ilə digər yol polislərindən də yardım istənilib və "Baksol" yolu kimi tanınan ərazidən 1 saylı şəhər kliniki xəstəxanasına kimi olan yolda sıxlığın azaldılması üçün tədbirlər görülüb.

Yol polisi bu tip ekstremal vəziyyətlə qarşılaşan sürücülərə məsləhət görür ki, kobud qaydalar pozub həm öz, həm də digərlərinin həyatını riskə atmasınlar.

Qeyd edək ki, vaxtında xəstəxanaya çatdırılan ailənin qız övladı dünyaya gəlib və valideynləri adını Nübar qoyublar.

© xezerxeber.az


375 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR