Araz çayının yeni qollarında tikinti başa çatmaq üzrədir - VİDEO

05.06.2019 19:15

İmişlidə Araz çayının yeni qollarında tikinti başa çatmaq üzrədir. Bu qollar vasitəsilə 53 min hektardan artıq sahə suvarma suyu ilə təmin ediləcək. İşlər bu ayın sonuna kimi yekunlaşacaq.

53 min hektardan artıq sahə suvarma suyu ilə təmin ediləcək.

Araz çayından ayrılan qolların tikintisi davam etdirilir.Prezidentin tapşırığı ilə dövlət vəsaiti hesabına görülən işlərin 1-ci mərhələsi başa çatmaq üzrədir.Qolların üzumi uzunluğu 78 kilometrdir.

Araz çayının yeni qol-kanalı vasitəsilə 3 rayonda 53 min hektardan artıq əkin torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək. Kanalların bir hissəsi beton, qalanı isə torpaq yatağından ibarətdir.

Paralel olaraq işlərin 2-ci mərhələsi üzrə də tikinti sürətlə davam etdirilir.

İşlərin bu ayın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

© xezerxeber.az


239 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR