“Şəhərdən kəndə” layihəsinə start verildi - VİDEO

04.06.2019 20:02

Şəhərlilər və ölkəmizə gələn turistlər kənd əhalisinin həyat şəraiti ilə, həmçinin kənd məhsullarının hazırlanmasını yerində izləyə biləcəklər. Bu məqsədlə Azərbaycanda "Şəhərdən Kəndə" layihəsinə start verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrat Ticarət Şirkəti" tərəfindən aqroekoturizimin inkişafına həsr olunan "Şəhərdən Kəndə" layihəsinə start verib. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirlyinin, Dövlət Turizm Agentliyinin dəstəyi ilə reallaşdırılır. Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması və yeni xidmət sahələrinin açılmasıdır

Layihə çərçivəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək. Fermerlər aqroekoturizm kimi yeni məşğulluq sahəsinə cəlb olunacaq və istehsal etdikləri məhsullar üçün yeni satış kanalları yaranacaq. Bununla bərabər, ekoloji və aqrar maarifləndirmə sayəsində əhalinin iri şəhərlərə axınının qarşısının alınmasına və insanların torpağa bağlılığının artırılmasına nail olunacaq.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev isə bildirib ki, turistlərin müşayiət olunması və məlumatlandırılması üçün milli park ərazilərində bələdçilər fəaliyyət göstərir. Bu gün hər bir milli parkda ətraf kəndlər üzrə turistik baza məlumatları mövcuddur.

Qeyd edək ki, ''Şəhərdən Kəndə'' təcrübəsi bəzi Avropa ölkələrində tətbiq edilir.

© xezerxeber.az

FOTOQALERIYA






316 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR