18 yaşlı gənc Mingəçevir su anbarında boğuldu - VİDEO

04.06.2019 18:49

Mingəçevir su anbarında boğulma hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 1 nəfərin su anbarında batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 2001-ci il təvəllüdlü Tağıyev Orxan Naib oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

© xezerxeber.az


200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR