Taksi məktəblilərə çırpıldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Ürəyi zəif olanlar baxmasın - VİDEO

04.06.2019 15:15

Təhlükəsiz şəhər kamerasına düşən bu görüntülər həqiqi bir şok yaşadır. Hadisə məktəblərdən birinin qarşısında baş verir. "VAZ-2107" markalı, üzərində "taksi” nişanlı olan avtomobilin sürücüsü 4 şagirdi məktəbə düşürür. Şagirdlər yolu keçmək istəyirlər. Bu zaman asta sürətlə "Mercedes” markalı avtomobil onların qarşısından keçir.

Şagirdlər bir anlıq dayanıb "Mercedes”in keçməsini gözləyirlər. Birdən "VAZ-2107" markalı avtomobil hərəkət edir. Sürətlə uşaqların dayandığı yerə gəlir. Şagirdlərə çırpılaraq onları "Mercedes” markalı avtomobilə sıxır. Ətrafdakılar "07”-ni güc ilə geri çəkilər. Görünür, nasazlıq yaranan, yaxud sürücünün əyləc yerinə qazı basdığı vəziyyətdə ölən olmasa da şagirdlər ağır yaralanır.

Qızlardan biri isə iç qanaması ilə xəstəxanaya çatdırılır. Bu dəhşətli görüntüləri təqdim edirik.

Ürəyi zəif olanlar baxmasın.(Avtosfer)

© xezerxeber.az

FOTOQALERIYA






468 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR