Faydalı elemenlərlə zəngin olan kartof gündəlik qida rasionumuzda xüsusi yer tutur. Lakin kartof faydalı olduğu qədər də, bəzi hallarda təhlükəli də ola bilir. Söhbət ondan gedir ki, kartofun qabığında əmələ gələn yaşıl təbəqə zəhərlənməyə gətirib çıxara bilir. Bununla bağlı əməkdaşlarımız qida mütəxəssisləri ilə danışıblar. Mütəxəssisin tövsiyyə və xəbərdarlıqlarını siz də dinləyin.
Bəzi vətəndaşlar özləri də bilmədən kartofdan zəhərlənə bilərlər. Söhbət ondan gedir ki, qabığında yaşıl rəng və cücərmə əmələ gələn kartof insan orqanizmində ciddi problemlər yarada bilər...
Nəinki istehlakçılar, kartof satışı ilə məşğul olanlar da məsələnin ciddiliyinin fərqində deyillər. Onlar bu yaşıllığın təbii hal olduğunu və günəş şüalarından yarandığını deyirlər.
Qida mütəxəssisləri deyirlər ki, günəş şüaları kartofun qabığını yaşıllaşdırır və tərkibində xlorofil artır. Bu isə solanin adlanan maddənin əmələ gəlməsinə səbəb olur. Qida Təhlükəsizliyi İnstitutunun keyfiyyətə nəzarət şöbəsinin aparıcı mütəxəssisi Vüqar İsmayılzadə bildirir ki, kartof tamamilə yaşıl rəngdədirsə, istehlak üçün yararsızdır.
Kartofda əmələ gələn solanin maddəsi insan orqanizmində bir sıra fəsadlara yol aça bilər.
Əgər kartofun üzərində yaşıl nöqtələr kiçikdirsə və həmin hissələri bıçaqla kəsərək qoparmaq mümkündürsə, qida kimi qəbul etmək olar. Mütəxəssislər onu da qeyd edirlər ki, kartofu solanin maddəsindən qorumaq üçün mütləq şəkildə qaranlıq və sərin yerlərdə saxlamaq lazımdır.
© xezerxeber.azAzərbaycanın bütün ərazisində ağacəkmə aksiyaları keçirilib - VİDEO
Həkimlər ürəyi altı saat dayanan qadının həyatını xilas ediblər
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
Azərbaycanın bütün ərazisində ağacəkmə aksiyaları keçirilib - VİDEO
20 yaşlı qızı öldürən şəxsdən şok açıqlama: "Peşman deyiləm" - VİDEO
Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ: Evdən çıxmayın, TƏHLÜKƏLİDİR
Bakıda toyda inanılmaz hadisə - Bəy təcili xəstəxanaya çatdırıldı
Bakıda yeni tikilən çoxmərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ - Ölən var
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər