DİM Apelyasiya Komissiyası BELƏ İŞLƏYİR - VİDEO

03.06.2019 19:58

İmtahan nəticəsindən narazı olan şagirdlər bu komisyaya müraciət edərək haqlı olduğu təqdirdə nəticələrini artıra bilirlər. Bunun üçün hər fənn üzrə ekspert və müəllimlərdən ibarət komisyalar təşkil edilib.

Görüntülər Dövlət İmtahan Mərkəzinin Apelyasiya Komisyasındandır. Artıq tam orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirmə imtahanı, eyni zamanda birinci, dördüncü ixtisas qrupları üzrəqəbul imtahanlarının müraciətlərinə baxılır. Belə müraciətlər 800-ə qədərdir.

Elə çəkilişdə olduğumuz zaman da birabituriyentin nəticəsi artırıldı.

Ekspertlər və müəllimlər bildirir ki, müraciətlərin təxmini 15-20 %-i müsbət qiymətləndirlir və bunun də böyük hissəsi yerdəyişmə ilə bağlı səhvlər olur. Ümumilikdə bütün qaranlıq məqamlar abituriyent və onun yaxınına izah edilir.

Artıq edilən müraciətlərin 500-dən çoxuna baxılıb. 2-ci və 3-cü ixtisas qrupu üzrə qəbul imtahanlar ilə bağlı Apelyasiya Komisyasına ərizə qəbuluisə bu həftənin sonuna kimi aparılacaq və gələn həftə ərzində onlara da baxılacaq.

© xezerxeber.az

FOTOQALERIYA






1450 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR