Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Yuxudan ayılan qadın həyatının şokunu yaşadı - VİDEO

03.06.2019 17:31

Avstraliyanın Brisbane şəhərində yaşayan Sally Stend adlı qadının evinə gecə yatdığı zaman ilan girib.

Gecə yarısı üzündə bir şey hiss edən qadın gözlərini açdıqda nəhəng bir pitonun üzünə doğru yaxınlaşdığını görüb. Atası ilə birlikdə yaşayan Stent onu qorxutmamaq məqsədilə sakit bir şəkildə otaqdan çıxıb və soyuqqanlılıqla vəziyəti atasına danışıb.
Atasını sakitləşdirdikdən sonra otağa girdikdə ilanın ortadan yoxa çıxdığını görüblər.

Daha sonra evə professional ilan mütəxəssisi çağırılıb və ilan gizləndiyi yerdən çıxarılıb. İlan mütəxəssisi ilanın ən son yediyi ovunu həzm etmək üçün təhlükəsiz bir yer axtararkən evə girmiş ola biləcəyini deyib.

Qadın həyatını soyuqqanlılığına borclu olduğunu deyib./Metbuat.az

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR