Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Çay sahələrindən 4 yox, 9 dəfə çay yığmaq mümkün olacaq - 4 yeni çay sortu əldə edilib - VİDEO

02.06.2019 20:15

Lənkəranda uzun illər aparılan tədqiqat işlərinin nəticəsi olaraq 4 yeni çay sortu əldə edilib.

Xezerxeber.az-ın məlumatına görə, çay sahələrindən mövsüm ərzində adi qaydada olduğu kimi 3-4 dəfə yox, 9 dəfə çay yığmaq mümkün olacaq.

AMEA Regional Elmi Mərkəzi və Kənd Təsərrufatı Nazirliyinin Meyvəcilik və Çaycılıq Elmi-Tədqiqat İnstitutunun birgə apardığı tədqiat işləri uğurla nəticələnib.

Çayçılığın inkişafı dövlət proqramına uyğun olaraq aparılan tədqiqat işləri nəticəsində 4 yeni çay sortu əldə edilib.

Adi təsərrüfatlarda mövsüm ərzində cəmi 3-4 dəfə yığım aparıldığı halda, həmin sahələrdən ötən il 7 dəfə çay yığılıb. Bu il isə 9 dəfə yığım aparılacaq. Yeni sortlar Azərbaycanın iki seleksiya sortu ilə müqayisə olunaraq öyrənilib. Bu sortlar yüksək keyfiyyət göstəricilərinə görə bu vaxta kimi yayılmış çaylardan fərqlənir. Bundan başqa, yeni sortların məhsulu da tez yetişir.

Artıq yeni sortlar sınaqdan keçirilib və təsdiq olunub. Gələn ildən rayonlaşdırılacağı gözlənilən bu sortlar artırılaraq cənub rayonlarında çayçılıqla məşğul olan fermerlərə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


341 dəfə oxunub

ÇOX OXUNANLAR