Sənədsiz evlər problemi necə həll ediləcək? - Ekspert hökümətə bir sıra təkliflər verib - VİDEO

02.06.2019 19:22

Prezident İlham Əliyevin sənədsiz fərdi yaşayış evlərinin sənədləşdirlməsi ilə bağlı tapşırığının icrası məqsədilə yaradılan komissiya fəaliyyətini gücləndirib.

Xezerxeber.az-ın məlumatına görə, müzakirələrdə iştirak edən iqtisadçı ekspert Vüqar Bayramov bununla bağlı bir sıra təkliflər irəli sürüb.

Ekspert qeyd edir ki, rəhbərlik etdiyi mərkəz belə tikililərin sənədləşdirilməsi ilə bağlı hökümətə bir sıra təkliflər verib. Dövlət qurumlarının nümayəndələri ilə görüşlərdə irəli sürülən təkliflərdən biri əmlak amnistiyasının verilməsi ilə bağlıdır. Ekspert hesab edir ki, amnistiya olmadan prosesi uğurla reallaşdırmaq çox çətin olar.

Vüqar Bayramov bildirir ki, sənədsiz evlərin böyük qismi Bakı və onun ətrafındakı ərazilərdə cəmlənib. Bu evlərin bir qismi isə tikinti üçün qadağan olan ərazilərdə yerləşir.

Ekspert bildirir ki, bələdiyyə sənədi ilə tikilən evlərin sahiblərinə onların əmlaklarına çıxarış alması üçün cüzi məbləğ müəyyən olunmasını da təklif ediblər.

O, fərdi yaşayış evlərinin sənədləşdirilməsinin, əslində, dövlət üçün də əhəmiyyətli olduğunu vurğulayırb. Ekspert düşünür ki, yarım milyona yaxın mənzilin vergiyə cəlb olunması dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






423 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR