Qubada ev yanıb, sahibi ağır yanıq xəsarəti alıb - VİDEO

02.06.2019 18:43

Qubada ikimərtəbəli ev yanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Mirzəbaba Tahirov küçəsi 40 ünvanında, rayon sakini Niftulla Əliyevə məxsus evdə qeydə alınıb. Məlumata görə, yanğın gecə 03:00 radələrində baş verib. Evin mətbəxində başlayan yanğın qısa zaman ərzində bütün otaqlara yayılıb. Yanğın başlayan zaman ev sakinləri yuxuda olub. 33 yaşli Əlibala Əliyev yanıq xəsarətləri alıb və son anda ailə üzvlərinə xəbər verərək onları xilas edib. Hadisə yerinə 2 yanğınsöndürən maşını və təcili tibbi yardım maşını gəlib. Yanğından xəsarət alan Əlibala Əliyev Quba Mərkəzi Xəstəxanasına çatdırılıb, amma onun vəziyyəti ağır olduğundan Bakıya, 5 saylı yanıq mərkəzinə göndərilib. İlkin ehtimallara görə yanğına səbəb elektrik naqillərində baş vermiş qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.

Xəsarət alanının qardaşi Niftulla Əliyev hadisə barədə danışıb.

Xezerxeber.az Niftulla Əliyevin açıqlamasını təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






193 dəfə oxunub

XƏBƏRLƏR

17.07.2019 09:53

İranda zəlzələ olub

ÇOX OXUNANLAR