Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda mağaza yandı - VİDEO

02.06.2019 15:13

Gecə Bakıda mağazalarda yanğın olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Xətai rayonu Mehmandarov küçəsi 76 ünvanında Arzu Rəşidova məxsus mağazada baş verib.

Zərərçəkmiş mağaza sahibi deyir ki, yanğın barədə məlumat alan kimi hadisə yerinə gəliblər. Alovun güclü olduğunu görən şahidlər yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə bir neçə yanğınsöndürən avtomobil və canlı qüvvə gəlib. Alova müdaxilə edilsə də, mağazada olan paltar, qab-qacaq və çılçıraq yanaraq yararsız hala düşüb. Zərərçəkmiş mağaza sahibi iddia edir ki, onlara 150 min manatdan çox zərər dəyib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə zamanı bir-birinə bitişik ümumi sahəsi 28 kvadratmetr, digərinin sahəsi 60 kvadratmetr olan iki mağazanin yanar konstruksiyaları yanıb. Digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xezerxeber.az hadisənin videogörüntüsünü təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






266 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR