Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 2 ölü, bir neçə yaralı var -VİDEO

01.06.2019 18:01

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

"Niva" markalı minik avtomobili ilə "SHACMAN" markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlərdən biri yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da vəziyyəti ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

© xezerxeber.az


391 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR