Şirvanda avtomobilin vurduğu piyadalardan ikincisi də dünyasını dəyişib - VİDEO

01.06.2019 18:27

Şirvanda avtomobilin vurduğu piyadalardan ikincisi də dünyasını dəyişib.

Mayın 29-da gecə saatlarında Şirvan sakinləri – 1978-ci il təvəllüdlü Çikunov Dmitri Viktoroviç və 1970-ci il təvəllüdlü Xalid Məmmədov yolu keçmək istəyərkən onları 18-BA-887 qeydiyyat nişanlı "QAZ-31" markalı minik maşını vurub.

Nəticədə ağır xəsarət alan hər iki piyada təcili tibbi yardım maşını ilə Şirvan şəhər Xəstəxanasına çatdırılıb. D. Çikunov mayın 30-da səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Yaralanan piyadalardan ikincisinin vəziyyəti ağır olduğundan Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib və orada özünə gəlmədəniyunun 1-də səhər saatlarında dünyasını dəyişib.

© xezerxeber.az


233 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR