İngilis azarkeşlər Madriddə dinc durmadılar: polislə qarşıdurma - VİDEO

01.06.2019 15:32

UEFA Çempionlar Liqasının finalı ərəfəsində Madriddə İngiltərənin "Tottenhem” klubunun azarkeşləri ilə ispan polislər arasında qarşıdurma yaşanıb.

TASS xəbər verir ki, hadisə Puerta-del-Sol meydanının yaxınlığında, barlardan birindəbaş verib.

Müştərilər polisə şikayət edərək bildiriblər ki, "Tottenhem” fanatları özlərini aqressiv aparır və "Liverpul” azarkeşlərinin ünvanına söyüşlər yağdırırlar. Polisin də ingilislərə qarşı sərt davrandığıbildirilir.

Xatırladaq ki, bu gün Madridin "VandaMetropolitano” stadionunda İngiltərənin "Tottenhem” və "Liverpul” komandaları Çempionlar Liqasının qalibini müəyyənləşdirəcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

© xezerxeber.az


220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR